Daxilolmaların artması dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradır | Banco.az

Daxilolmaların artması dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradır

Milli Məclisdə 2022-ci ilin büdcə ilə bağlı qanun layihəsi müzakirə olundu və plenar iclasda tövsiyə olundu. Burada, təbii ki, məqsəd müzakirələrdə ötən il büdcənin icrası vəziyyəti və eyni zamanda, məhz bu istiqamətdə həyata keçirilən işlərlə bağlı idi.

Bunu  Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Dövlət Gömrük Komitəsi proqnozlarla müqayisədə təxminən 31 faiz daha çox vəsaitin büdcəyə cəlb edilməsinə nail ola bilib: “Ona görə yalnız neft sektorunda deyil, eyni zamanda, neftdən kənar sektorlarda büdcəyə daxilolmalarda artımlar müşahidə olunub. Bu da 2022-ci ildə büdcənin icrası ilə bağlı böyük öhdəliklərə və eləcə də proqnozlara əməl edilməsindən xəbər verir. Eyni zamanda, 2022-ci ilin hesabatında göründüyü kimi, makroiqtisadi yekunlar da uğurlu olub, çünki ümumi daxili məhsul proqnozlaşdırılandan daha çox artıb və ÜDM-dəki artımlar da yalnız neft deyil, qeyri-neft sektoru hesabına baş verib. Bu da vacib məqamlardan biridir. Artıq Azərbaycanda ümumi daxili məhsul 130 milyard manatdan çoxdur. Kifayətedici bir rəqəmdir. Bu baxımdan 2022-ci ilin makroiqtisadi yekunları büdcə icrası ilə bağlı nəticələri pozitivdir. Bu, eyni zamanda, məhz bu istiqamətdə daxilolmaların artması, həm də 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması və dürüstləşmənin aparılmasına zəmin yaradır. Düşünürəm ki, yaxın vaxtlarda dürüstləşmə ilə bağlı layihə də deputatlara təqdim olunacaq. Gözlənti ondan ibarətdir ki, 2023-cü ilin dövlət büdcəsinin gəlirlərində və xərclərində artımlar olacaq. Xüsusən də periodik istiqamətlərə daha çox vəsaitin ayrılması nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Vüqar Bayramov qeyd edib ki, layihə təqdim olunduqdan sonra konkret olaraq ilk istiqamətlərlə bağlı məlumatların bölüşdürülməsi mümkün olacaq. “Amma 2022-ci ilin, eləcə də bu ilin ilk dörd ayının geridə qalan nəticələri bir daha təsdiq edir ki, həm fiskal, həm makroiqtisadi sahədə hədəflərə nail olunması praktik olaraq 2023-cü ilin dövlət büdcəsinə dəyişiklərin edilməsi və dürüstləşmənin aparılmasına imkan yaradır”, - deyə iqtisadçı ekspert vurğulayıb.

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et