Davranış iqtisadiyyatı və onun BİLİNMƏYƏN TƏSİRLƏRİ | Banco.az

Davranış iqtisadiyyatı və onun BİLİNMƏYƏN TƏSİRLƏRİ

İqtisadiyyat ticarətin ortaya çıxdığı dövrdən bu günədək formalaşmış və inkişaf etməkdə davam edir. İqtisadiyyata insanlar və onların davranışları yön verir desək yəqin ki, hamınız razılaşarsınız. Ticarətin uğurlu olması üçün bütün şirkətlər müəyyən  araşdırmalar həyata keçirirlər. Təbii ki, yeni məhsul və xidmət təqdim olunacaqsa, rəqiblərin və insanların yeni məhsul və xidmətə münasibəti təyin olunur. Lakin bundan daha vacib məqamlar da mövcuddur. Bu mövzuda maraqlı tətqiqatlar aparılıb. Məqsəd insanların istək, şüuraltı və ya məntiqli alış-veriş etməsini təyin etməkdi. “Neo-klassik iqtisadiyyat anlayışı” da məhz bunu öyrənən iqtisadiyyat formasıdır. Başqa adla desək davranış iqtisadiyyatı. Davranış iqtisadiyyat termini iqtisadi qərar və istəklərin rasional siyasət təməllərinə qarşı ortaya çıxmışdır. 21-ci yüzillikdə psixologiya sahəsində aparılan araşdırma göstərdi ki,insanlar həyatdakı qərar və istəklərini həyata keçirərkən şüurlu şəkildə və primitiv təsirlərin təsiri altında səhv qərarlar verirlər. Mişel Porter adlı iqtisadiyyat alimi davranış iqtisadiyyatını təhlil edərkən bu qərara gəlib ki, əslində insanlar səhv qərarlar verməyə meyllidirlər. Bu baxımdan o, gəldiyi nəticəni aşağıdakı şəkildə sıralayıb:

  1. İnsanlar bir çox kritik qərarı verməyə hazırlaşarkən bütün bilgiləri dəyərləndirmədən əvvəl verəcəkləri qərarları ağıllarında formalaşdırmış olurlar.
  2. İş dünyasında mühüm qərarları verərkən obyektiv olmaq digərləri ilə müqayisədə daha çətin xarakterizə olunur.
  3. İnsanlar qərar vermə anında qərarın səhv tərəfini düşünməkdən daha çox onun prespektivini dəyərləndirirlər.
  4. İnsan psixologiyası xətaları qəbul etməkdə acizdir. Bunun əsas səbəbi MƏNLİK duyğusuyla əlaqədardır. Məhz bu hiss onlara uğursuzluqlarını dəyərləndirmək yerinə özlərinə haqq qazandırmaq arzusundan irəli gəlir. Təəccüblü olsa da daha ağıllı insanlarda qəbullanma duyğusu digərləri ilə müqayisədə daha aşağı dəyərləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Ortaya çıxan nəticələr sadəcə iqtisadçılar aid olmayıb, tibb, siyasət və hətta məxfi agentliklərdə çalışan insanlarda özünü büruzə verməkdədir.

Banco.az xəbər verir ki, davranış iqtisadiyyatı kvant fizikası, neyro-iqtisadiyyat, kəpənək effekti kimi çeşidli anlayışların yeni bir forması kimi özünü göstərməkdədir. Davranış iqtisadiyyatının ortaya çıxardığı nəticə ondan ibarətdir ki, həyatın istənilən anında iqtisadiyyat bu və ya digər formada psixologiya ilə birlikdə addımlayır və psixoloji təsir iqtisadiyyata öz təsirini göstərməkdədir.

Nəcibə Yusifova, Banco.az