"Nova Credit BOKT” MMC-nin vəzifəli şəxsi 4 min manat, “BOKT İDK” MMC-nin vəzifəli şəxsi isə 2 min manat cərimə edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir.
Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Nova Credit Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 4 min manat, “Bank olmayan kredit təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi isə 2 min manat məbləğində cərimə edilib.
