"Azərbaycan Mikro-Kredit” BOKT-un vəzifəli şəxsi 10 min manat cərimə edilib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Azərbaycan Mikro-Kredit” BOKT-un vəzifəli şəxsi 10 min manat cərimə edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Mikro-Kredit” BOKT ASC-nin vəzifəli şəxsini 10 min manat cərimə edib.

Bu barədə AMB-ı  xəbər verir.

    Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Azərbaycan Mikro-Kredit” Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi 10 min manat məbləğində cərimə edilib.