İcbari Sığorta Bürosu jurnalistlər arasında 6 mart 2020-ci il tarixində “Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası haqqında nə bilirik? Maariflənək, maarifləndirək” mövzusunda ən yaxşı məqalə müsabiqəsini elan edir. Müsabiqənin keçirilməsinin məqsədi kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının üstünlüklərinin daha aktiv təbliğ edilməsinə, bu istiqamətdə həyata keçirilən tədbirlərin ictimaiyyətin daha geniş məlumatlandırılmasına cəlb edilməsidir. Müsabiqəyə müsabiqə elan edildikdən sonra mərkəzi və regional elektron və çap KİV-də müsabiqənin mövzusuna uyğun nəşr olunmuş yazılar qəbul olunur. Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 2000, 1500, 1000 manat məbləğində pul mükafatları və müvafiq sertifikatlar təqdim olunacaqdır. Məqalələr 6 mart 2020-ci il tarixindən 31 mart 2020-ci il saat 18.00-dək, elektron formada [email protected] ünvanına göndərilməlidir. Müsabiqənin elanı haqqında ətraflı məlumat və qaydalar İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsində də (http://www.isb.az) yerləşdirilmişdir. Əlavə məlumat üçün: Ünvan: Yasamal rayonu, Həsən bəy Zərdabi 2A (Shokolad Tower I mərtəbə) telefon: (994 12) 595 00 20. Müsabiqənin qaydaları ilə aşağıdakı linkdə tanış ola bilərsiniz
Daşınmaz əmlakın icbari sığortası haqqında nə bilirik? - MÜSABİQƏ

