Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin birinci yarısında daşınmaz əmlakın icbari sığortası üzrə 56 milyon 111 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, illik müqayisədə 20,8 milyon manat və ya 58,8% çoxdur.
Qeyd edək ki, son 1 ildə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 4 dəfə artaraq 2 milyon 178 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!