Əvvəlcə, işlərinizi sadələşdirməklə başlayın, sonra da hədəflərinizi və yanaşmanızı minimallaşdırın.Sadəlik olduqca əhəmiyyətli bir anlayışdır.Bu anlayışı həyat tərzinə çevirməlisiniz.
Cəsarətli olun
Hər kəs qalib komanda olmaq, böyük, cəsarətli hədəflərə çatmaq və ortaq müvəffəqiyyəti paylaşmaq istəyər.Böyük və cəsarətli hədəflər komandanız ilə qarşılıqlı əlaqədə olmağınız üçün ilham mənbəyi ola bilər.
Prioritetləri ən aşağı səviyyədə saxlayın
Hər bir işin çox vacib olduğun düşünə bilərsiniz amma əslində bir çoxu o qədər də vacib deyil, buna görə də prioritetləri üçdən çox tutmayın.Bu, eyni zamanda işləri həm komandanız, həm də sizin üçün sadə saxlamağa kömək edər.Çox böyük hədəfləriniz varsa, bunları bir neçə kiçik hədəflərə bölə bilərsiniz.Hədəfləri ən aza endirmək işlərin asanlaşdırılmasını və hər kəsin eyni istiqamətdə irəliləməsini təmin edər.
Hesabat verin
Hesabat vere bilmək mədəniyyətini yaratmaq, böyük komandaların müvəffəqiyyəti üçün çox əhəmiyyətlidir..Hər kəs üçün hesabatlılığı təmin etməyə çalışan böyük bir qlobal qrup tam zamanlı bir işə çevrilə bilər.Bu həm çətin ola həm də vaxt ala bilər. Hesabatlılığı artırmaq üçün ən yaxşı yol cavabdehlik daşımanızdır.Öhdəlikləri yerinə yetirin, verdiyiniz sözlərə əməl edin və qarşınızdakına ondan görmək istədiyiniz kimi davranın.Siz nə qədər komandanıza hesabat verə bilsəniz, komandanızın da bir o qədər sizə hesabat verəcəyindən əmin olun.
Şəffaf olun
Etibarlılıq liderliyin ən təməl xüsusiyyətlərindən biridir.Heç bir şey şəffaflıq qədər güvən verə bilməz.Hərəkətlərinizdə açıq olun, gizli formada çalışmayın, insanlar bunu görə bilər və etibarları yox ola bilər.Komandanın necə işlədiyinə dair şəffaf olun.Hədəflərinizi və hədəflərinizə nə üçün çatmaq istədiyinizi aydınlaşdırın.
Qarşılıqlı ünsiyyətdə olun
1000 nəfərlik bir komandaya rəhbərlik edərkən bir göz qırpımında ən çılğın fikirləri yarada və təsdiqləyə bilərsiniz.Söz-söhbətləri nəzarət altında saxlamağın ən yaxşı yolu açıq ünsiyyətdir.Komandanız nə qədər çox başa düşsə və nələr olduğunu öyrənsələr, səhv söz-söhbətlərə və fərziyyələrə özləri də imkan verməzlər.
Tərcümə: Güllü Nağıyeva