Müəllif: Tamara Mustafayeva, Banco.az
OPEC-in xam neft istehsalı artıb.
Banco.az xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına görə, ötən ay hasilatda ən çox artım İraqda, ən çox azalma isə Venesuelada qeydə alınıb.
İraqda gündəlik neft hasilatı 55 min barel artaraq 4 milyon 119 min barelə yüksəlib. Venesuelada isə hasilat gündəlik 60 min barel azalaraq 896 min barelə enib.
Beləliklə, OPEC-in gündəlik xam neft hasilatı 2025-ci ilin dekabr ayında əvvəlki ayla müqayisədə 105 min barel artaraq 28 milyon 564 min barel təşkil edib.
Digər tərəfdən, OPEC+ — yəni OPEC və quruma üzv olmayan bəzi neft istehsalçısı ölkələrdən ibarət qrupun gündəlik xam neft hasilatı eyni dövrdə 238 min barel azalaraq 42 milyon 831 min barel səviyyəsində qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
