Daha bir texnologiya şirkəti avtomobil bazarına daxil olur | Banco.az

Daha bir texnologiya şirkəti avtomobil bazarına daxil olur

Tamara Mustafayeva, Banco.az

Çinin tanınmış smartfon istehsalçısı Xiaomi şirkəti elektromobil istehsalına 1.5 milyard dollar sərmayə qoymağı planlaşdırdıqlarını açıqlayıb.

Amerikanın Apple firmasından Çinin digər bir texnologiya nəhəngi Huawei-ə qədər bir çox şirkətin avtomobil bazarına daxil olmağa qərar verməsindən sonra Xiaomi-nin də smart və elektrik avtomobili bazarına qarşıdakı 10 il ərzində 15 milyard dollar sərmayə qoyacağı bildirilib.

Qeyd edək ki, şirkətin həmtəsisçisi və hazırda CEO vəzifəsində çalışan Lei Jun yeni yaradılacaq müəssisənin də CEO-su olacaq.

Sərmayə 10 dəfə artırıla bilər

Gələcəyin avtomobillərin getdikcə daha çox avtonom və smart texnologiyalarla təchiz ediləcəyini bildirən Xiaomi rəsmisi şirkətin hadisələrin gedişindən asılı olaraq xarici maliyyə dəstəyi ilə birlikdə sözügedən layihəyə ümumilikdə 100 milyard yuan (15 milyard dollar) sərmayə qoya biləcəyini də vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et