Daha bir maliyyə təşkilatı Çinin iqtisadi artım proqnozunu azaltdı | Banco.az

Daha bir maliyyə təşkilatı Çinin iqtisadi artım proqnozunu azaltdı

Tamara Mustafayeva, Banco.az

"Goldman Sachs" də Çinin iqtisadi artım proqnozunu azaldıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, tanınmış investisiya bankı "Goldman Sachs" Çində fabrik və zavodların istehsalı dayandırmasına səbəb olan enerji problemləri səbəbindən ölkənin bu ilki artım proqnozunu aşağı salmalı olub.

Bankın bu gün yayımladığı açıqlamada qeyd edilir ki, Çin hökuməti tərəfindən daşınmaz əmlak nəhəngi "Evergrande" şirkəti ilə bağlı böhran vəziyyətinin idarə edilməsi, maliyyə siyasəti üzrə yumşalmalar və ətraf mühit hədəflərinə nail olmaqla bağlı təzyiqlər kimi bir sıra cari məsələrdə problemlərin yaşanılması səbəbindən ilin dördüncü rübü ölkə iqtisadiyyatı üçün qeyri-stabil keçəcək.

Bank bu baxımdan 2021-ci il üzrə iqtisadi artım proqnozunu 8,2%-dən 7,8%-ə, 2022-ci il üzrə isə 5,5%-ə qədər azaldıb.

Xatırladaq ki, Çinin iqtisadi artım proqnozunu azaldan ilk qurum "Goldman Sachs" deyil. Belə ki, bir müddət əvvəl "China International Capital" və "Morgan Stanley" də ölkədəki elektrik enerjisi probleminə görə artım proqnozunu aşağı salmışdı. Həmçinin Yaponiyanın iri maliyyə holdinqi "Nomura" da sözügedən göstəricini 8,2%-dən 7,7%-ə endirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et