Azərbaycanın iri şirkətlərindən birinin İnsan Resursları departamentinin rəhbəri Fərqanə Məmmədova işə müraciət, CV göndərmə və müsahibəyə hazırlıqla bağlı izləyicilərin suallarına cavab verib.
Canlı yayımın videoyazısını burada izləyə bilərsiniz:
İş axtaran namizəd, ilk növbədə, nəyə diqqət etməlidir?
Namizədlər, ilk növbədə, müraciət etdikləri vəzifəyə uyğunluqlarına baxmalıdır: Aldıqları təhsil, bilik və bacarıqları muraciət etdikləri vəzifəyə uyğundurmu?
İşə müraciət edərkən, bilik və bacarıqları nə yüksəltmək, nə də azaltmaq lazımdır.
Namizədlər CV-lərini müraciət etdikləri vəzifəyə uyğun hazırlamalıdırlar.
Heç təcrübəsi olmayanlar necə işə götürülür?
Gənc insanı götürəndə bilirik ki, bilik və bacarıqları yeni ortaya çıxacaq.
İlkin biliklərini görmək, daha çox onu insan kimi tanımaq istəyirik.
Sıfır təcrübəsi olan şəxslərdə axtardığımız keyfiyyət motivasiyadır.
Motivasiya istək, özünü işəvermə hazırlığıdır.
İnsanlarla ünsiyyət, münaqişə yaratmamaq qabiliyyətləri varsa, təcrübəsiz şəxslərə üstünlük verilir.
Verdiyi cavablar, səs tonu, bədən dili - bunlar hamısı yenicə məzun olmuş şəxslərdə müşahidə olunur.
İdeal CV necə olmalıdır?
CV çox uzun olmamalıdır. Məsələn, 5-7 səhifə olmamalıdır. Çünki bir CV-yə 5-10 dəqiqə vaxt ayrılır.
Orada təhsil yerləri göstərilməli, əvvəlki iş yerləri barədə məlumatları qeyd edərkən vəzifələrin açıqlaması da yazılmalıdır.
Üzünüzdə təbəssüm olan və ya yaradıcı bir foto CV üçün bəsdir, toy şəkilləri, dostlarla birgə fotolar, çimərlik fotoları olmaz.
İş təcrübəsindən öncə özünüz haqqında qısa məlumat da verin. Bu məlumat daha çox sizi insan kimi tanımağa kömək etməlidir.
Müsahibələrdə nə etmək olar, nə olmaz?
"Nə bilim, bilmirəm" kimi cavablar vermək olmaz.
Namizədlər suallara cavabları bildikləri kimi verməlidir.
Ola bilsin, özünütəqdim etmə bacarığınız zəifdir, təvəzökarsız, bu zaman sadəcə, özünüz kimi olun.
"Özünüzü 3 il sonra harada görmək istəyirsiniz?" - müsahibələrdə ən çox verilən suala cavab: "Elə həmin vəzifə üzrə, amma daha yüksək pillədə özümü görmək istəyirəm."
Geyim tərzi sənəd verdiyiniz işə uyğun olmalıdır və ya təmiz və səliqəli geyinmək lazımdır.
Suallara diqqətlə qulaq asıb, tam cavablar vermək lazımdır.
Dünyagörüşlərini artıran - xəbər oxuyan, ölkədə baş verənləri bilənlər, kitab oxuyanlar, səyahət edənlər daha uğurlu namizəd olur.
İşəgötürənlər namizədlərin sosial media hesablarını yoxlayırmı?
Adətən, təcrübəli namizədlər sosial media hesabları yoxlanır.
İşəgötürənlər müsahibədən sonra təcrübəli namizədlərlə bağlı son qərar verəndə onların sosial mediadakı fəaliyyətlərinə və dostlarına diqqət yetirilir.
Fərqanə Məmmədovadan 3 əsas məsləhət:
- Yalnız bilik və bacarığınızın yetərli olduğu vəzifəyə müraciət edin.
- Müsahibədə çətinlik çəkirsinizsə, özünüzü sakitləşdirib özünüz kimi olun.
- Müsahibə otağına "gözdə işıq" - yəni, motivasiya ilə girin.
Mənbə: BBC Azərbaycan