Müəllif - Fərid İslamov - Banco.az
Critical Metals mədənçilik şirkətinin səhmlərinin qiyməti ABŞ hökumətinin şirkətdə pay almaq üçün danışıqlar apardığı barədə mediada yayılan xəbərlər fonunda kəskin artıb.
Critical Metals nadir torpaq metalları hasilatı ilə məşğuldur. Xüsusilə, şirkətə Qrenlandiyada böyük Tanbreez layihəsi məxsusdur.
Reuters-in məlumatına görə, Critical Metals əvvəllər 50 milyon dollar həcmində hökumət qrantı üçün müraciət edib və Vaşinqton bu qrantı şirkətdə təxminən 8% pay müqabilində təqdim edə bilər.
Nadir torpaq metalları əsasən Çin tərəfindən hasil edilir və Pekinlə qarşıdurma fonunda ABŞ hökuməti tədarük mənbələrini diversifikasiya etməyə çalışır. Əvvəllər Ağ Ev Lithium Americas və MP Materials şirkətlərində pay almışdı.
Bazar günü Critical Metals-in səhmləri 67% bahalaşıb.
