Müəllif: Tamara Mustafayeva, Banco.az
“Commerzbank” bir neçə gün sonra Türkiyədə keçiriləcək prezident seçkilərinin ölkə bazarlarına təsiri ilə bağlı dərc etdiyi qiymətləndirmədə Dollar/TL və Avro/TL məzənnələri ilə bağlı proqnozlarını da qeyd edib.
Banco.az xəbər verir ki, Türkiyədə ictimaiyyətin diqqəti mayın 14-də keçiriləcək seçkilərə yönəldiyi bir vaxtda xarici investorların seçkilərin nəticələri ilə bağlı təhlilləri davam edir.
Almaniyanın universal bankı “Commerzbank”ın İnkişaf etməkdə olan Bazarlar üzrə Baş İqtisadçısı Tatha Ghose prezident seçkilərində hazırki prezident Ərdoğanın yenidən qalib gələcəyi təqdirdə türk lirəsinin "tənzimləmə və çoxlu kapital nəzarətindən irəli gələn aşağı volatillikdən" çıxacağını gözlədiklərini dilə gətirib.
Bankın hesabatında qeyd edilən və hələ ki, “təkcə simvolik” olaraq xarakterizə edilən proqnozlara görə, iyun ayının sonunda Avro/TL 21,5, Dollar/TL-nin isə 19,5 səviyyəsində qalması gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!