Çinin iki bankı Rusiyada yuanla ödənişləri dayandırdı | Banco.az

Çinin iki bankı Rusiyada yuanla ödənişləri dayandırdı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Çinin 15 ən böyük maliyyə institutuna daxil olan iki bankı, “Ping An Bank” və “Bank of Ningbo”, 2024-cü il yanvarın ortalarından etibarən Rusiyadan yuanla ödənişləri qəbul etməyi dayandırıb .

Banco.az bank sektorundakı mənbələrə görə xəbər verir ki,  bu addımın səbəbi ABŞ-ın yeni  sanksiyalar və təzyiq qorxusu ola bilər .

Bildirilir ki, ÇXR-dən olan bir sıra maliyyə təşkilatları diqqəti transsərhəd əməliyyatlara yönəltmək, sanksiyalar siyahısındakı müştərilərlə əlaqələri kəsmək və Rusiya hərbi sənayesinə təkcə dollarla deyil, həm də hər hansı digər valyutada hər hansı xidmət göstərməkdən imtina etmək qərarına gəlib. Onlar həmçinin müştərilərinin Rusiya Federasiyasından olan immiqrantlarla və Rusiyada bizneslə məşğul olan və ya üçüncü ölkələr vasitəsilə kritik mallar tədarük edən şirkətlərlə əlaqəsi olub-olmaması üçün yoxlanışını gücləndirəcəklərini vəd ediblər.  Çinin Moskvadakı səfiri Zhang Hanhuinin sözlərinə görə , milli valyutalardan istifadə imkanlarının artması üçün iki ölkənin sahibkarları arasında əlaqələri sadələşdirməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2022-ci ildən Rusiya-Ukrayna münasibətləri fonunda bir sıra beynəlxalq = banklar -CitiBank, Standard Chartered Bank, HSBC, JP Morgan, BNP Paribas, Deutsche Bank və Mizuho Bank-ın yerli filialları Rusiyadan olan müştərilərlə əməliyyatları dayandırıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et