Çinin ən böyük yemək çatdırma xidməti 65 milyard dollar ucuzlaşıb | Banco.az

Çinin ən böyük yemək çatdırma xidməti 65 milyard dollar ucuzlaşıb

Çinin internet şirkəti “Meituan”ın səhmləri bu gün Honq-Konq fond birjasındakı ticarətin nəticələrinə görə 17,66 % ucuzlaşıb.

Ölkənin yemək çatdırma üzrə ən böyük onlayn xidmətinin səhmləri ardıcıl olaraq üç ticarət günüdür ki ucuzlaşır.

Bu dövr ərzində şirkətin bazar dəyəri 65 milyad ABŞ dolları azalaraq 146,9 milyard dollara düşub.

Ötən həftənin sonunda tənzimləyicilərin ölkədə onlayn təhsilin tənzimlənməsini sərtləşdirmək niyyətində olması xəbərindən sonra kütləvi şəkildə Çin şirkətlərinin səhmlərinin satışına başlanılıb. Hələ də davam edən bu prosesdən ən çox ziyan görənlərdən biri məhz “Meituan” olub.

Xatırladaq ki, apreldən bəri Çin tənzimləyiciləri şirkətə qarşı antiinhisar təhqiqatı aparır. Hesab edilir ki, “Meituan”ı 700 milyon dollar həcmində cərimə gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et