Çinin ən böyük çip istehsalçısı 8.9 milyard dollarlıq zavod inşa edəcək | Banco.az

Çinin ən böyük çip istehsalçısı 8.9 milyard dollarlıq zavod inşa edəcək

Tamara Mustafayeva, Banco.az

Çinin ən böyük çip istehsalçısı Şanxay şəhərində 8.87 milyard dollar dəyərindəki zavodun inşasına hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Semiconductor Manufacturing International Corp." şirkəti Şanxaydakı sərbəst ticarət ərazisində böyük həcmli sərmayə qoyuluşu həyata keçirəcək. 

Çinin aparıcı çip istehsalçısı olan bu şirkət açıqlamasında müştərək təşəbbüs çərçivəsində inşa ediləcək bu zavodun ayda 100 min çip istehsal potensialına malik olacağını bildirib. Buradakı istehsal pandemiya dövründə çip tədarükü ilə bağlı problemlərin yaşandığı avtomobil sektoruna yönələcək.

Qeyd edək ki, şirkət həmçinin Şençjen şəhərində də 2.35 milyard dollara aylıq 40 min çip istehsal edə biləcək başqa bir zavod tikməyi düşünür. Pekin hökuməti pandemiya ərzində yaşanan qlobal çip böhranından sonra çip tədarükü ilə bağlı Qərbdən asılılığın minimumuma endirilməsinə çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et