Çində yoluxma sayının artması qızılın qiymətinə də təsir göstərib | Banco.az

Çində yoluxma sayının artması qızılın qiymətinə də təsir göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində yoluxma sayının artması maliyyə bazarlarına təsirsiz ötüşməyib.

Banco.az xəbər verir ki, Çində yenidən canlanan pandemiya dalğasının tədarük zəncirinə zərər verəcəyi və dünyanın digər hissələrinə yayılacağına dair narahatlıqlar fonunda dünən maliyyə bazarları dəyər itkisi ilə üzləşib.

Spot bazarda qızılın bir unsiyası əvvəlki sessiyada 0,5 faiz ucuzlaşdıqdan sonra hazırda 1808 dollara satılır.

Qeyd edək ki, qızıl 2022-ci ili başladığı qiymət səviyyələrində başa vurmağa hazırlaşır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram