Çində kriptovalyuta qadağası digər ölkələrdə mayninqi artıracaq | Banco.az

Çində kriptovalyuta qadağası digər ölkələrdə mayninqi artıracaq

Çində kriptovalyutalara qoyulan qadağa digər ölkələrdə mayninqin (kriptovalyuta buraxılışı ilə bağlı fəaliyyət) həcminin artmasına səbəb olacaq.

Çin Mərkəzi Bankı dəfələrlə bəyan edib ki, istənilən virtual valyuta qeyri-qanuni ödəniş vasitəsi hesab olunur və kriptovalyutalarla bağlı biznes fəaliyyəti də qanunsuzdur.

Nəşrin məlumatına görə, hazırda mayninq Çindən başqa ölkələrə köç edir.

Dünyanın 14 ən böyük mayninq şirkəti qadağadan sonrakı aylarda Çindən 2 milyondan çox müvafiq kompüteri ölkədən çıxarıb. Bu kompüterlərin əsas payı ABŞ, Kanada, Qazaxıstan və Rusiyaya köçürülüb.

Məsələn, ABŞ-da qeydiyyatdan keçən ən böyük mayninq şirkətlərindən biri olan "Bit Digital" əmlakını Çindən çıxarmaq üçün beynəlxalq logistika şirkətini cəlb edib və hələ də minə yaxın avadanlığın Nyu-York limanından buraxılmasını gözləyir.

"Financial Times"ın məlumatları da göstərir ki, Qazaxıstana göndərilən kompüterlərin əsas hissəsi Qazaxıstanın mayninq fermalarına 80 min avadanlıq tədarük edən Çinin "Bitfufu" şirkətinin payına düşüb. Əlavə olaraq, "BIT Mining" tərəfindən də bu ölkəyə 7,8 min cihaz tədarük edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, Çində kriptovalyuta mayninqinə qoyulan qadağadan sonrakı həftələrdə "Bit Cluster" 5 mindən çox kompüteri Rusiyaya köçürüb, "Bit River" isə qadağadan sonra 1,8 mln. Çin kompüterinə xidmət etdiyini bildirib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram