Çində koronavirusa yoluxma sayının artması "Apple"in gəlirlərini azaldıb | Banco.az

Çində koronavirusa yoluxma sayının artması "Apple"in gəlirlərini azaldıb

Müəllif - Aida İsaq, Banco.az

“Apple” şirkətinin gəlirləri azalacaq.

Banco.az xəbər verir ki, şirkətin bu ilin dördüncü rübündə xalis mənfəətinin son üç ildə ilk dəfə olaraq 8%-dən çox azalacağı gözlənilir. Analitiklərin fikrincə, hazırda “iPhone” modelinin 90%-i Çində istehsal olunur ki, bu da şirkətin gəlirinin beşdə birini təşkil edir. Koronavirus məhdudiyyətləri aradan qaldırıldıqdan sonra yoluxma sayının getdikcə artması səbəbindən şirkətdə 5-15 milyon “iPhone” çatışmazlığı yaranıb.

Şirkətin Pekindəki mağazalarında işçilər virusa yoluxduqları üçün işdən azad olunublar. Bununla da şirkətdə hazırda kadr çatışmazlığı müşahidə olunur.

Qeyd edək ki, dekabr ayında Pekin sakinlərinin demək olar ki, yarısının koronavirusa yoluxduğu bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et