Çin sosial mediasında sərvət nümayişinə qarşı kampaniya başlanıb | Banco.az

Çin sosial mediasında sərvət nümayişinə qarşı kampaniya başlanıb

Müəllif:Ayşən İmanova/Banco.az

Çinin aparıcı sosial şəbəkələri “dəbdəbə və sərvətə ibadət”ə xidmət edən istifadəçilər tərəfindən yaradılan məzmuna qarşı mübarizənin başladığını elan ediblər.

Banco.az xəbər verir ki, xüsusilə, “Weibo” sosial şəbəkəsi istifadəçilərin bahalı avtomobillərlə, dəbdəbəli evlərdə, külli miqdarda pulla və ya dəbdəbəli əşyalarla təsvir olunduğu paylaşımların sosial şəbəkənin siyasətinə uyğun olmadığı üçün silinə biləcəyini açıqlayıb.

Oxşar bəyanatlar “Tencent”, “Bilibili”, “Xiaohongshu” tərəfindən də dərc edilib. Bundan əlavə, “Douyin” xidməti qeyd edib ki, o, “sərvəti, maddi dəyərləri vəsf edən və dəbdəbəli həyat tərzinin xeyrinə zərərli müqayisələr aparan” videoları və hesabları izləyəcək və siləcək.

Məlumata görə, “Douyin” mayın 1-dən 7-nə kimi 4701 mesaj və 11 hesabı sildiyini bildirib. Son iki həftə ərzində “Xiaohongshu” 4,273 "qanunsuz" postu silib və 383 hesabı bağlayıb, “Weibo” isə 1,100-dən çox məzmunu "təmizləyib".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram