İnno Kapital İnvestisiya Şirkətinin Müşahidə Şurasına yeni təyinat olub.
Banco.az xəbər verir ki, vəzifəyə İsmayılov Nofəl Cavanşir oğlu təyin edilib.
Nofəl İsmayılov Bank of Baku, Dəmirbank və Ekspressbank-da kredit sahəsində müxtəlif vəzifələrdə çalışıb. Hal-hazırda Monetri BOKT-də İcraçı direktordur.
Qeyd edək ki, İnno Kapital İnvestisiya Şirkəti 6 milyon 250 min manat nizamnamə kapitalı ilə bazarın əsas iştirakçılarındandır.
Bizi sosial şəbəkələrdən izləyin!!
