Çin ölkələri rəqəmsal iqtisadiyyat üzrə qlobal əməkdaşlığa çağırıb | Banco.az

Çin ölkələri rəqəmsal iqtisadiyyat üzrə qlobal əməkdaşlığa çağırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Si Cinpin dünya ölkələrini rəqəmsal iqtisadi sferada əməkdaşlıq etməyə çağırıb.

Banco.az xəbər verir ki, İndoneziyanın Bali şəhərində keçirilən G20 Liderlər Zirvəsinin ikinci günündə çıxış edən Çin prezidenti Si Cinpin qlobal miqyasda rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı təkliflərini irəli sürüb.

O, rəqəmsal transformasiyanın yaratdığı iqtisadi potensialın bütün ölkələrin xeyrinə istifadə edilməsi üçün qlobal əməkdaşlığa çağırıb.

Ölkələrin rəqəmsal iqtisadiyyatın inkişafı üçün açıq, bərabər, ədalətli, əhatəli və ayrı-seçkilikdən uzaq mühit yaratmasının labüdlüyünü vurğulayan prezident, “Elm və texnologiya sahəsində hündür divarlı kiçik bağlar salaraq əməkdaşlığı məhdudlaşdırmaq və qarşısını almaq başqalarının mənafeyinə zərər verməkdən başqa heç kimə fayda verməz”, deyə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

O, həmçinin qeyd edib ki, rəqəmsal transformasiya ölkələrin inkişafını prioritetə çevirməli, əlaqəni, rəqəmsal savadlılığı, bilik və bacarıqları bütün dünyaya yaymalı, rəqəmsal uçurumun aradan qaldırılması üçün körpülər qurmalı və inkişaf etməkdə olan ölkələrə və əlverişsiz qruplara rəqəmsal iqtisadiyyatdan faydalanmağa kömək etməlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et