Çin Mərkəzi Bankının sədri iqtisadi artım proqnozunu açıqlayıb | Banco.az

Çin Mərkəzi Bankının sədri iqtisadi artım proqnozunu açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Mərkəzi Bankının rəhbəri ilin II rübündə iqtisadi artımın "nisbətən yüksək olacağını" proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, Çin Xalq Bankının (mərkəzi bank) sədri Yi Qanq aşağı baza effekti səbəbindən ölkənin ÜDM göstəricisinin ilin ikinci rübündə "nisbətən yüksək" olacağını gözlədiyini dilə gətirib.

Yi bu barədə ötən həftə Şanxaydakı çıxışında bildirib.

Onun sözlərinə görə, son dövrlərdəki mülayim inflyasiya təzyiqləri tələb səviyyələrindəki gecikmiş artımı əks etdirir və ilin II yarısında istehlak qiymətləri indeksinin tədricən bərpa olunacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

O, iqtisadiyyatın hökumətin müəyyən etdiyi təqribən 5 faizlik tam illik artım hədəfinə çatdığına əminliyini bir daha vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et