Çin Mərkəzi Bankı banklara dəstək üçün faiz endirimi etdi | Banco.az

Çin Mərkəzi Bankı banklara dəstək üçün faiz endirimi etdi

Çin Mərkəzi Bankı, kommersiya banklarınaa təmin etdiyi 1 ilik kreditlər üçün faizi 10 faiz bəndi aşağı salıb. 

Çin Mərkəzi Bankı (PBOC) kommersiya banklarına maliyyə təmin edib və bu maliyyələşmə üçün tətbiq etdiyi faizi azaldıb. Analitiklər, virus epidemiyasına görə iqtisadiyyata dəstək məqsədilə bu addımın atılacağını gözləyirdilər.

PBOC bazar ertəsi günü bankalra 200 milyard yuan (29 milyard dollar) məbləğində bir illik kredit kredit ayırıb. Bu imkan üçün tətbiq olunan faizi isə 10 bənd aşağı salaraq 3.15%-ə endirib, bu faiz, 2017-dən bəri ən aşağı səviyyədir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin PBOC 7 günlük tərs repo əməliyyatı ilə də bazara 100 milyard yuan verib.

Koronavirus epidemiyasının Yanvar ayı sonlarından etibarən pisləşməsi ilə, Çin Mərkəzi Bankı və hökumət, maliyyə bazarlarını sakitləşdirmək və şirkətlərə dəstək təmin etmək üçün kiçik miqyaslı faiz endirimləri, erkən istiqraz satışları və digər tədbirlərin tətbiqinə başlayıb. Təşviqlərdə indiyə qədər ciddi miqdarlarda artım görülməyib, ancaq koronavirus nəzarət altına alınarsa bu vəziyyət dəyişə bilər.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et