Çin iqtisadiyyatı gözlənilən qədər artım göstərməyib | Banco.az

Çin iqtisadiyyatı gözlənilən qədər artım göstərməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ikinci ən böyük iqtisadiyyatı sahib olan Çin aprel-iyun dövründə gözlənilən qədər artım göstərə bilməyib.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkə iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artıb.

Bu göstərici 2023-cü ilin birinci rübündən bəri görülən ən yavaş artım kimi qeydə alınıb. "Bloomberg" nəşrinin sorğusunda iştirak edən iqtisadçıların orta hesablaması 5,1 faiz idi. 

Xatırladaq ki, iqtisadiyyat ilin birinci rübündə 5,3 faiz artmışdı. 

Çin iqtisadiyyatı rüblük müqayisədə isə 0,7 faiz artıb. Birinci rübdə bu göstərici 1,6 faiz idi.

Statistika Bürosunun verdiyi açıqlamada xarici mühitin mürəkkəbliyi və daxili tələbatın kifayət qədər olmadığı vurğulanıb. Artımın yavaşlamasında əlverişsiz hava şəraiti və sel kimi qısamüddətli amillərin də təsirli olduğu bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Artım məlumatları göstərir ki, Çin qanunvericiləri iqtisadiyyatı dəstəkləmək məqsədilə xərcləri artırmaq üçün daha çox şey etməli olacaqlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram