Çin iqtisadiyyatı dəstəkləmək üçün daha 1 trilyon yuan ayırıb | Banco.az

Çin iqtisadiyyatı dəstəkləmək üçün daha 1 trilyon yuan ayırıb

Çin iqtisadiyyatı stimullaşdırmaq üçün əsasən infrastruktur xərclərinə 1 trilyon yuan (146 milyard ABŞ dolları - Red) ayırıb.

Bu barədə “Bloomberg”ə istinadən xəbər verilir.

“Goldman Sachs Group Inc”in analitikləri hesab edirlər ki, növbəti stimullaşdırıcı tədbirlər koronavirus pandemiyası və daşınmaz əmlak bazarının düşməsi ilə bağlı çoxsaylı kilidləmələrdən dəyən ziyanı kompensasiya etmək, iqtisadi artımı stimullaşdırmaq üçün kifayət etməyəcək.

Əlavə 500 milyard yuan xüsusi təyinatlı dövlət istiqrazları bəzi analitiklərin gözlədiyindən əhəmiyyətli dərəcədə aşağıdır.

Öz növbəsində, dövlət enerji şirkətləri 200 milyard yuan dəyərində istiqraz sata biləcəklər. Bu arada kənd təsərrüfatı sektoru 10 milyard yuan subsidiya alacaq.

Dövlət Şurası həmçinin maliyyə xərclərini azaltmağa, özəl biznes və platforma şirkətlərinin inkişafına dəstək tədbirləri tətbiq etməyə davam edəcəyinə söz verib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et