ABŞ-ın əczaçılıq nəhəngi “Eli Lilly” üç peyvənd şirkətini satın alır | Banco.az

ABŞ-ın əczaçılıq nəhəngi “Eli Lilly” üç peyvənd şirkətini satın alır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın əczaçılıq nəhəngi “Eli Lilly” üç peyvənd şirkətini satın alır.

Banco.az xəbər verir ki, ABŞ mərkəzli əczaçılıq şirkəti “Eli Lilly” yoluxucu xəstəliklər və peyvənd sahəsində araşdırmalarını genişləndirmək məqsədilə üç şirkətin satın alınması barədə razılığa gəldiyini açıqlayıb. Bildirilib ki, sözügedən müqavilələrin ümumi dəyəri 3,8 milyard dollara çata bilər.

Şirkətin yaydığı açıqlamada “Curevo”, “LimmaTech Biologics” və “Vaccine Company”nin satın alınması ilə bağlı razılaşmaların əldə olunduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, “Curevo” böyüklərdə zona xəstəliyinin qarşısının alınmasına yönəlmiş “amezosvatein” adlı peyvənd namizədi üzərində çalışır. Müqavilə çərçivəsində şirkətin səhmdarlarına 1,5 milyard dollara qədər ödəniş edilə biləcəyi vurğulanıb.

“LimmaTech Biologics”in antibiotiklərə davamlılığı artan bakteriyalara qarşı peyvənd hazırladığı bildirilən açıqlamada, satınalma müqaviləsinin dəyərinin 780 milyon dollara qədər yüksələ biləcəyi qeyd edilib.

Açıqlamada həmçinin bildirilib ki, “Vaccine Company” nanohissəcik əsaslı yeni nəsil peyvənd texnologiyaları üzərində işləyir. “Eli Lilly”nin bu şirkət üçün həyata keçirəcəyi ödənişin 1,55 milyard dollara qədər çata biləcəyi vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram