Müəllif: Tamara Mustafayeva, Banco.az
Tayvan Hindistanı geridə qoyaraq dünyanın beşinci ən böyük fond birjası olub.
Banco.az xəbər verir ki, “Bloomberg” tərəfindən toplanmış məlumatlara əsasən, Tayvanın bazar dəyəri bazar ertəsi günü etibarilə 4,95 trilyon dollara yüksəlib. Hindistanın bazar dəyəri isə 4,92 trilyon dollara enib. Bununla da Tayvan birjası ABŞ, materik Çin, Yaponiya və Honkonqdan sonra dünyanın beşinci ən böyük fond birjasına çevrilib.
Tayvanın qlobal səhm bazarı sıralamasında yüksəlişi əsasən “TSMC” hesabına baş verib. Hazırda indeksin təxminən 42 faizini təşkil edən şirkət bazarda yüksək cəmləşmənin əsas nümunəsi sayılır. Çip istehsalçısının səhmləri süni intellekt bazarındakı artımdan faydalanaraq bu il 46 faiz dəyər qazanıb. Şirkətin yarımkeçiricilər bazarında üstün mövqeyə malik olduğu vurğulanır.
Digər tərəfdən, Hindistan artan enerji xərcləri, şirkət mənfəətlərinin artım tempinin zəifləməsi və süni intellekt inkişafı ilə birbaşa əlaqəli şirkətlərin azlığı kimi problemlərlə üzləşir.
Bizi sosial şəbəkələrdən izləyin!!
