“Çox pul qazanmaq – igidlik, onu saxlamaq – müdriklik, məharətlə xərcləmək isə - incəsənətdir.” – Bertold Averbax
Pullara qənaət edə bilmək, hər kəsə lazım olacaq bacarıqdır. Amma qənaət bacarığı yetərli deyil, pulların həm də artımın və təhlükəsizliyinin qeydinə qalmaq lazımdır. Banco.az ciblərinizdəki pulu daşıyan yeddi gəmiricini müəyyən etmişdir. Beləliklə bizi pulsuz qoyan nədir?
1.Gündəlik xərclərin həddindən çox olması
Məsələn gündəlik yol puluna və yeməyə nə qədər sərf edirsiniz? Hər gün sərinləşdirici içkilər, dondurma, dükandan alınan xırda-xuruş qidalar və ya ev üçün bahalı dükanda edilən gündəlik alış –veriş. Elə ailələr var ki, gəlirlərinin 50%-i qidaya sərf olunur. Təəccüblü deyil ki, onların qənaət edib nəsə almağa imkanı olmur. Hər gün dostlar ilə bahalı kafelərdə kapuçino içməyə və ya pizza yeməyə dəyərmi? Bütün bunlar, pullarınızı cibdən çıxaırır.
2.Yaxşı planlaşdırılmamış iri məsrəflər
Əgər kiçik xərclər pullarınızın asta-asta axırına çıxırsa, böyük xərclər cibinizi birdən birə heçnəsiz qoyur. Məsələn gərəksiz yerə yeni smartfon və ya planşet almaq, evdə televizor olduğu halda daha birini almaq, birdən birə bir aylıq gəliriniz heç bir dəyər yatarmayan nəyəsə sərf olunur. Yay mövsümündə planlaşdırımayan tətil. Son anda biletləri almaq və oteldə yer sifariş etmək daha baha başa gəlir, nəinki bunu iki üç ay öncədən edəndə. Bahalı tur-paketlər almağa da tələsməyin. Iri alış-verişlər üçün endirim mövsümlərini gözləmək lazımdır. Həmçinin yayda təmir daha baha başa gəlir, materialları daha öncədən almaqla xeyli qənaət etmiş olarsınız.
3. Böyük gəlir gətirməyən aktivlər
Əgər siz problemsiz şəkildə məzuniyyətə getmək üçün böyük məbləğ yığa bilirsinizsə, icazə vermək olmaz ki, onlar sadəcə “döşəyin altında yatsınlar” və ya gəlirliyi az olan depozit kimi bankda qalsınlar. Çünki belə halda sizin potensial gəliriniz barmaqlarınızın arasında sivişib-gedir. Bankda sizə uyğun şərtlərlə depozit açmaq daha çox sərfəlidir. Onda siz məzuniyyətə gedərkən vəsaiti gəlirləri itirmədən bankdan çıxara bilərsiniz. Ya da vəsaitin bir hissəsini hesabdan çıxarmaq imkanı verən əmanət növü seçə bilərsiniz.
4. Sərfəsiz şərtlərlə passivlər
Ailə büdcəsində ən geniş yayılmış dəliklərdən biridir – yüksək faizli və çoxlu miqdarda kreditlər. Bank və ya krediti düzgün seçmədikdə, borcalan hər ay böyük məbləğdə pulları əlavə ödənişlərə sərf etmiş olur, yəni götürdüyündən xeyli çox miqdarda pul qaytarmaq məcburiyyətində qalır. Gəlirləriniz cibinizə gəlməyə imkan tampadan borclu olduğunuz ünvanlara gedir.
5. Maliyyə müdafiəsinin olmaması
Əgər mərhələli şəkildə ailənin maliyyə müdafiəsini formalaşdırsan, onda kreditlərə ümumiyyətlə gərək qalmaz. Rezerv fondu və ya sığorta olmasa, istəniən bədbəxt və xoşagəlməz hadisə ardınca böyük məsrəflər gətirir. Ona görə də mütləq özünüz üçün ehtiyat fondu yaradın, aylıq gəlirlərinizin ən azı 10%-ni həmin ehtiyat fonda yatırın və eləcə də bütün gözlənilməz gəlir və qazancları ora yönəldin.
6. Maliyyə sənədlərinin düzgün tutulmaması
Maliyyə sənədləri ilə yanlış rəftar əlavə xərclərə gətirib çıxara bilər. Məsələn: zəmanət müddəti başa çatmayana qədər, zəmanət sənədini atmaq olmaz. O, sizə ən gözlənilməz anda lazım ola bilər. Krediti tam bağlamadan, ödəniş çeklərini də atmaq olmaz. O cümlədən bank hesabına pul qoyanda, pulun lazımı hesaba oturmasına əmin olmayınca, çekləri, qəbzləri itirmək olmaz.
7. Vergi və digər güzştlərdən istifadə etməmə
Vergilər də ciddi məsrəflərdir. Bu zaman istənilən güzəştdən, sosial imtiyazdan istifadə sizin xeyrinizədir.