Müəllif: Gülnar Əhmədli, Banco.az
Çexiya bu ilin yanvar-avqust aylarında Azərbaycandan 738 milyon 773 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 208 milyon 592 min dollar və ya 39.3% çoxdur.
Hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 27.1% artaraq 1.2 milyon ton olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə Çexiyanın Azərbaycandan neft idxalının dəyəri 530.2 milyon dollar, həcmi isə 916.8 min ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!