Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 10 dəfə azalıb | Banco.az

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 10 dəfə azalıb

Bu ilin yanvar-iyun ayları ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə, təqribən, 20mln ABŞ dolları əməliyyat xərcləri sərf edilib.

Bu, 2018-ci ilin ilk iki rübü ilə müqayisədə 2 mln dollar və ya 11,1% çoxdur.

Ötən yarım il ərzində boru kəmərinin əsaslı xərcləri 24 mln dollar təşkil edib ki, bu da 2018-ci ilin ilk iki rübünün göstəriciləri ilə müqayisədə 217 mln və ya 10 dəfə azdır.

Bu ilin yarım ilində CQBK və CQBKG-nin birlikdə gündəlik orta ötürücülük gücü 28 mln kubmetrdən çox olub ki, bu da 2018-ci ilin ilk iki rübü ilə müqayisədə 7 mln kubmetr və ya 33,3% çoxdur.

Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

CQBK və CQBKG-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul operatordur.

Qeyd edək ki, CQBK şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et