Cənubi Koreya bu sektora 35 milyard dollar investisiya qoyacaq | Banco.az

Cənubi Koreya bu sektora 35 milyard dollar investisiya qoyacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya hökuməti 2030-cu ilə qədər akkumulyator istehsalına təxminən 35,24 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

Banco.az xəbər verir ki, Cənubi Koreyanın Ticarət, Energetika və Sənaye Nazirliyi ölkədəki texnologiya şirkətlərinin iştirakı ilə keçirilən iclasda 2030-cu ilədək ölkədə akkumulyator istehsal müəssisələri, AR-GE fəaliyyətləri və bu sektorlarda ixtisaslı kadrların hazırlanmasına təxminən 35,24 milyard dollar investisiya qoyulacağını bəyan edib.

Bu çərçivədə 2025-ci ilə qədər ölkənin akkumulyator istehsal gücünün 1,5 dəfə artırılacağı və dövlət-özəl şirkətlərin birgə əməkdaşlığı ilə akkumulyator sahəsində tədarük zəncirinin sabitliyinə üstünlük veriləcəyi diqqətə çatdırılıb. Həmçinin qeyd edilib ki, Cənubi Koreyada istehsal edilən akkumulyatorların 2030-cu ilə qədər qlobal batareya bazarının ən azı 40 faizini təşkil etməsi hədəflənir.

Ən sərfəli kredit üçün müraciət et

İclasda elektrikli nəqliyyat vasitələrinin tək şarjla 800 kilometrə qədər yol qət etməsinə imkan verəcək qabaqcıl akkumulyator texnologiyalarına sərmayə qoyulacağı da açıqlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et