Gəlir və məqsəd bir-biri ilə uzlaşır. Tətqiqatlar göstərir ki, gənc nəslin nümayəndələrinin əksəriyyəti dünyada müsbət dəyişiklərə səbəb olmağı peşəkar uğurlarından üstün tuturlar. Artıq onlar düşünmürlər ki, biznesin əsas məqsədi gəlir əldə etmək olmalıdır, həmçinin özlərində cəmiyyətə qarşı sosial məsuliyyət hiss edirlər. Sahibkarlara gəlincə isə, onlar ən böyük korporasiyalarla bu sahədə də rəqabət aparırlar. Müştərilərin çoxu da əsasən hər hansı bir sosial səbəbə bağlı olan məhsullara üstünlük verirlər. Vətəndaşların əksəriyyəti cəmiyyətin özünü idarə formasının və bununla bağlı olaraq problemlərin həll olunma tərzinin dəyişməsini, həmçinin korporativ status-kvoda da dəyişikliklərin olmasını istəyirlər. Təəccüblü deyil ki, iş yerlərinin əksəriyyəti həyata keçirdikləri korporativ sosial məsuliyyət layihələri üçün sertifikatlaşdırılırlar.
Biz korporativ rəhbərlərlə söhbət etdiyimiz zaman onlar adətən eyni suali verirlər: Menecerlər və CEO-lar (Baş İcraçı Direktor) həqiqətənmi cəmiyyətə fayda verməklə eyni zamanda öz biznes məqsədlərinə də nail ola bilərlər? Biz inanırıq ki, cavab müsbətdir. Şotland əsilli Böyük Britaniya filosof və iqtisadçısı Adam Smit özünün “Mənəvi düşüncələr nəzəriyyəsi” kitabında qeyd edir ki, mənəvi borc və xeyirxahlıq hissi insan təbiətinin bir hissəsidir və bu fitri xüsusiyyətlərin hesabına biz ədalətli və hormoniyalı cəmiyyətdə bir arada yaşaya bilirik.
Mövzu ilə bağlı əsas məsələ menecer və CEO-ların cəmiyyətin sosial rifahına töhfə verməsi zərurəti deyil, bu prosesi həyata daha səmərəli şəkildə necə keçirə biləcəkləridir. Bizə görə, məsələ aydındır: Bugünki qloballaşan və hiper əlaqəli dünyada mövcud olmaq və müvəffəqiyyət əldə etmək üçün biznes rəhbərləri digər şirkətlərlə rəqabət aparmaqdan çox cəmiyyətin sosial rifahı naminə onlarla əməkdaşlıq etməyə könüllü olmalıdırlar.
Əslində müəssisənin biznes və sosial maraqları vəhdət təşkil edə bilər. Biz buna Kolumbiya Universitetində apardığımız tətqiqat nəticəsində rast gəldik və CEO-ların öz bizneslərində gəlir əldə etmək üçün dövlət işçiləri, qeyri-hökumət təşkilatları rəhbərləri və vətəndaşlarla sektorlar arası əməkdaşlıq etməsinə dair bir çox nümunəni müəyyən etdik. Belə əməkdaşlıqlar uğurla həyata keçirildikdə rəhbərlər də verdikləri qərarların cəmiyyət üçün təsirlərini düzgün hesablaya biləcəklər. Lakin bu uğurlar təsadüfən əldə edilmir, onlar onilliklər ərzində biznes müəssisələri, hökumət təşkilatları, xeyriyyə cəmiyyətləri və vətəndaşlar arasında olan əməkdaşlığın nəticəsi olaraq özünü göstərir.
Hindistanda bu məsələyə dair nümunə olacaq bir hadisəyə nəzər salaq. Baş nazir Narendra Modinin idarə etdiyi hökumət milli rəqamsal avtomobil yolunun qurulması üçün ölkənin dünya səviyyəli texnologiya şirkətləri ilə bu prosesdə əməkdaşlıq edərək birgə yanaşma tətbiq edir. Bu təşəbbüs tezliklə 1.3 milyard Hindistan vətəndaşını səsvermə, dövlət dəstəyi, səhiyyə xidməti və s. sahələr üzrə də birləşdirəcək. Öz növbəsində bu addım daha yaxşı sosial nəticələrə səbəb olacaq və yeni bazarlar və istehlakçı seqmentləri yaradacaq. Hinli sahibkar və siyasətçi Nandan Nilekanı öz biznes maqnatını inkişaf etdirməklə yanaşı “Dünyadakı ən böyük sosial layihə” proqramını həyata keçirmək üçün cəmiyyətin idarəsində olan Ümumi Xidmət Mərkəzləri və yerli sahibkarlarla əməkdaşlıq edərək onlara əldə edilən gəlirdən pay verir. Səhiyyə xidmətinin təkmilləşdirilməsi və aşağı gəlirli, həmçinin ucqar ərazilərdə yaşayan insanların bu xidmətlərdən istifadə etməsi üçün hökumət məsafədən səhiyyə xidmətini texnoloji avadanlıqlar vasitəsilə həyata keçirə bilən özəl sektorlarla birgə çalışır.
Tamara Mustafayeva, banco.az