Müəllif - Aida İsaq, Banco.az
Beynəlxalq Valyuta Fondu növbəti həftələrdə Ukraynaya maliyyə yardımı tranşını təsdiqləyə bilər.
Banco.az xəbər verir ki, bunu fondun Ukrayna tərəfinin rəhbəri Qavin Qrey bildirib. Onun sözlərinə görə, BVF və Ukraynanın rəsmi şəxsləri genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində razılığa gəlib. Beləlikə, müvafiq razılaşma 900 milyon dolların transferin həyata keçirilməsini mümkün edəcək.
Qeyd edək ki,martın 31-də Beynəlxalq Valyuta Fondunun icraçı şurası Ukraynaya dörd illik 15,6 milyard dollar kreditin ayrılmasını təsdiqləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!