Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası ölkənin yeddinci iqtisadi icmalı çərçivəsində Ukrayna ilə sazişləri təsdiqləyib.
Banco.az xəbər verir ki, bu sazişlərə əsasən, Kiyev 2023-cü ilin martında təsdiq edilmiş Genişləndirilmiş Fond Proqramı (EFF) çərçivəsində daha 400 milyon dollar məbləğində tranş alacaq.
“Bu gün BVF-nin İcraçı Direktorlar Şurası EFF-nin Ukrayna üzrə yeddinci baxışını başa çatdırıb və bu, Ukraynaya 400 milyon dollara yaxın vəsait ayırmağa imkan verib və bu, büdcənin dəstəklənməsi üçün istifadə olunacaq”, - sənəddə deyilir.
Beləliklə, BVF-nin kredit proqramı üzrə ödənişlərin ümumi məbləği təxminən 10,1 milyard dollar təşkil edəcək.