Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF bu il Türkiyə iqtisadiyyatı üçün artım proqnozunu 3 faizdən 3,1 faizə yüksəldib.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Dünya İqtisadiyyatı Hesabatını yeniləyib.
“Sürətini itirən inflyasiya və sabit artım yumşaq eniş üçün zəmin yaradır” başlığı ilə dərc edilən hesabatda qeyd olunub ki, ötən il 3,1 faiz artacağı proqnozlaşdırılan qlobal iqtisadiyyatın bu il 3,1 faiz, gələn il isə 3,2 faiz artacağı gözlənilir.
BVF ötən ilin oktyabrında dərc etdiyi hesabatda dünya iqtisadiyyatının 2024-cü ildə 2,9 faiz, 2025-ci ildə isə 3,2 faiz artacağını proqnozlaşdırmışdı.
Hesabata görə, Türkiyə iqtisadiyyatının bu il 3,1 faiz, gələn il isə 3,2 faiz artacağı gözlənilir. BVF ötənilki proqnozlarında Türkiyə iqtisadiyyatının 2024-cü ildə 3 faiz, 2025-ci ildə isə 3,2 faiz artacağını proqnozlaşdırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!