Müəllif: Gülnar Əhmədli, Banco.az
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını açıqlayıb.
Banco.az qurumun "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı hesabatına istinadən xəbər verir ki, bu il Azərbaycanda illik inflyasiya 10,3% səviyyəsində olacaq.
BVF gələn il Azərbaycanda inflyasiyanının 5,6% səviyyəsində olacağını gözləyir.
Qurum 2028-ci il üçün Azərbaycanın inflyasiya göstəricisi ilə bağlı proqnozunu isə 4% səviyyəsində saxlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
