BVF Almaniya iqtisadiyyatı üçün daralma proqnozu verib | Banco.az

BVF Almaniya iqtisadiyyatı üçün daralma proqnozu verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) Almaniya iqtisadiyyatında cüzi daralma proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) enerji şoku və maliyyə şərtlərinin sərtləşməsi səbəbindən bu il Almaniya iqtisadiyyatında cüzi daralma gözlənildiyini bildirib.

BVF-in bəyanatında Almaniya iqtisadiyyatı ilə bağlı 4-cü maddə məsləhətləşmələrinin tamamlandığı qeyd olunub.

Almaniya iqtisadiyyatının ötən il Rusiyadan təbii qaz təchizatının kəsilməsinə baxmayaraq müqavimət göstərdiyi vurğulanan bəyanatda diqqətə çatdırılıb ki, qaz təchizatının qorunması və enerji mənbələrinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində güclü səylərlə yanaşı, qış şəraiti kəskin olmadığı üçün enerji çatışmazlığı ilə bağlı neqativ ssenarilərin də qarşısı alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Ancaq bununla belə, son aylarda yaşanan enerji şokunun mənfi təsirlərinin və sərtləşən maliyyə şərtlərinin iqtisadiyyatı tənəzzül ərəfəsində saxlamaq üçün kifayət etdiyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram