“Buta Sığorta” “Sığortalı gənclik” layihəsinə qoşuldu | Banco.az

“Buta Sığorta” “Sığortalı gənclik” layihəsinə qoşuldu

Azərbaycanın sığorta şirkətlərindən biri - “Buta Sığorta” “Sığortalı gənclik” layihəsinə qoşulub.

Şirkətdən verilən məlumata görə, “Sığortalı Gənclik” layihəsi çərçivəsində ali məktəblərin tələbələrinə peşəkar mütəxəssislər tərəfindən ölkəmizdə bu sektorun inkişafı meyilləri, sığorta bazarında gedən tendensiyalar və sığortanın iqtisadiyyatda yeri haqında geniş məlumatlar veriləcək.

Xatırladaq ki, bu layihə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

azertag.az

Ən sərfəli kredit üçün müraciət et