1986-cı ildə bir qrup dost San-Fransisko çimərliyində yığışaraq. 3 metrlik müqəvvanı yandırdılar. O vaxtdan, həmin dostların gəzintisi təkamül edərək, dünya miqyaslı “Burning Man” festivalına çevrilir, Nevada ştatının səhrasında hər il qeyd olunur. Ofis həyatından yorulmuş iş adamları azad həyatın dadına baxmaq və texnologiya industriyasının ulduzları – Larry Page, Sergey Brin. Erik Shmidt, Mark Zukerberg ilə görüşmək üçün ora yollanır. Bu məşhurlar hər il festivala qatılır və on bahalı, kondisionerli yüksək texnologiyalı çadırlarda məskən salır.
Son illərdə tədbir geniş müzakirələrə səbəb olur və insanları düşünməyə vadar edir ki, bəlkə onun məşhurluğunun səbəbi insanların ənənəvi kapitalizm modelindən yorulması ilə bağlıdır.
Artıq 30 ildir ki, yaradıcı insanlar və son dövrlərdə hətta milyarderlər yüzlərlə və ya minlərlə dollar yola, yeməyə və qəribə kostyumlara sərf edib festivala qatılır ki, bəxş etmə iqtisadiyyatına uyğunlaşsın. İllik statistikaya əsasən qonaqlar festivalda orta hesabla 1500 dollar xərcləyir, bura əsasən yol xərci, bir həftəlik qida xərci və kostyum xərcləri daxil olur, həmçinin insanlar festival ərzində mübadilə etdikləri məhsul və qidaları özləri hazırlamalı olurlar.
Burning Man-də sizə lazım ola biləcək hər şeyi, hər hansı bir pul xərci olmadan – dəyişmə, mübadilə yolu ilə əldə edə bilərsiniz. Ürəyinizdən moxito içmək keçir, ya qürub çağını izləmək istəyirsiniz? Problem deyil, onu kimisə masaj etmək əvəzinə və ya öz hazırladığınız yemək qarşılığında əldə edə bilərsiniz. Sizə velosiped gərəkdir, onu bir porsiya yemək qarşılığında qazanmaq olar. İspan dostlarımızın dediyi kimi : mi casa, su casa – mənim evim sənin evindir.
Baxmayaraq ki. Burning Man mainstreamə çevrilib, azadlıq ruhu və özünüifadə tərzi heç də dəyişməyib. “Burning Man iqtisadi qeyri bərabərliyin sütunlarını silkələyir – tədbirin daimi ziyarətçisi Tom Prays bildirir – festivalda vacib deyil sənin nə qədər vəsaitin var, sən şəhərdə baş verən istənilən tədbirə, məşğuliyyətə qatıla bilərsən və problemlər burada pul ilə həll olunmur”
Baxmayaraq ki, bu Black Rock City-də real valyuta və komfort şəraiti yoxdur, şəhərin infrastrukturu çiçəklənir. Hər səhər yerli qəzet nəşr olunur yerli radiostansiyada fəaliyyət göstərir, Mutant transport departamenti ictimai nəqliyyat qismində çıxış edə biləcək istənilən odlu maşını qeydiyyata alır.
Bəziləri hesab edir ki, Burning Man cəmiyyəti vakuumdan kənarda yaşaya bilməz. Axı, Black Rock City öz mövcudluğunu cəmi bir həftə davam etdirir, amma onun ərsəyə gəlməsi üçün minlərlə könüllü bir il ərzində zəhmət çəkir. Bu mədəni anomaliyanı gerçək həyata necə keçirmək olar?
Amma Black Rock City-nin anlamı da onun sadəcə müəyyən müddət mövcud olmasındadır. Onun müvəqqəti xarakterinin əhəmiyyəti, elə səhranın ortasında quma bulaşmış şəkildə gəzən insanlar qədər vacibdir.
Bu ideyanı iştirakçılar gerçək həyata daşımağa da çalışır. Black Rock Solar kompaniyası Black Rock City şəhəri ətrafındakı ərazini günəş enerjisi ilə təmin edir, Burners Without Borders təşkilatı isə təbii fəlakət zərərçəkənlərinə kömək etməyə çalışır.
Burning Man populyarlığının artması o demək deyil ki, səhrada əylənmək istəyən insanların sayı artır, sadəcə bu ondan xəbər verir ki, insanlar öz dəyər anlayışlarını yenidən nəzərdən keçirirlər.
Hər il festivalda olmaq istəyənlərin sayı artır, amma taleyin kinayəsinə bax ki, məhz onlar azad bazarın qüvvəsini təşkil edir , kapitalizmdən imtina onlar sayəsində qeyri mümkün olur.
Festival ilk dünya xəstəliklərinin bir çoxuna qarşı yaxşı peyvənd rolunu oynaya bilər, əlbəttə onu əldə etməyə imkanınız çatırsa.