Bundesbank: Almaniyada inflyasiya riskləri nəzərəçarpacaq dərəcədə artıb | Banco.az

Bundesbank: Almaniyada inflyasiya riskləri nəzərəçarpacaq dərəcədə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bundesbank: Almaniyada inflyasiya riskləri nəzərəçarpacaq dərəcədə artıb.

Banco.az xəbər verir ki, Almaniya Mərkəzi Bankı (Bundesbank) bazar ertəsi dərc etdiyi və mövcud iqtisadi meyilləri təhlil etdiyi hesabatda inflyasiya üçün əsas təhlükələr sırasında yüksək səviyyədə qalan və ya bahalaşan əmtəə qiymətlərini, eləcə də ərzaq, enerji istisna olmaqla digər məhsul və xidmətlərin xərclərinin artmasını göstərib.

Bundesbankın hesabatında qeyd olunub: “Müxtəlif şokların mümkün birləşmələrini nəzərə alsaq, 2021–2022-ci illərdə müşahidə olunan yüksək inflyasiya dövrünün təkrarlanması hazırda o qədər də ehtimal olunan görünmür. Bununla belə, inflyasiya riskləri nəzərəçarpacaq dərəcədə artım istiqamətindədir”.

Avrozonanın rəsmiləri İrandakı müharibə səbəbindən inflyasiyanın qarşıdakı aylarda yüksək səviyyədə qalacağını gözləyirlər. Avropa Mərkəzi Bankının sədri Kristin Laqard şənbə günü açıqlamasında qiymət artımının 2027-ci ilin birinci yarısınadək hədəf səviyyəsindən xeyli yüksək qalacağını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram