Büdcəyə hansı dəyişikliklər gözlənilir? – Sabiq maliyyə naziri açıqladı | Banco.az

Büdcəyə hansı dəyişikliklər gözlənilir? – Sabiq maliyyə naziri açıqladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bir müddətdir dövlət büdcəsində dəyişikliklər edilməsi məsələsi gündəmdədir. 

Bəs büdcədə dəyişikliklər əsasən hansı hallarda aparılır?

Bu barədə Banco.az-a açıqlama verən  Azərbaycanın sabiq maliyyə naziri, iqtisad elmləri doktoru professor Fikrət Yusifov deyib ki, təcrübədə büdcədə dəyişikliklər əsasən iki halda aparılır:

“Birinci hal - büdcənin icrası gedişində onun gəlirləri xərclərindən çox olur və bu gəlirləri xərclər arasında yenidən bölüşdürmək zərurəti yaranır. İkinci halda isə əksinə - gəlirlərin az daxil olması səbəbindən xərclərdə qənaət etmək zərurəti yaranır.
Cari ilin dövlət büdcəsində dəyişikliklər edilməsi üçün layihə parlamentə təqdim olunub. Büdcə sistemi haqqında Qanuna əsasən hər ilin may ayının 15-dən tez, oktyabr ayının 15-dən isə gec olmamaq şərtilə dövlət büdcəsində dəyişikliklər aparıla bilər. 
Son illərdə Azərbaycan Dövlət büdcəsinin icrası gedişində yaranan profisit səbəbində ilin ortalarına yaxın büdcədə dəyişikliklər edilir. Cari ilin büdcəsində 4 ayın yekunlarına görə 2,5 milyard manat profisit qeydə alınıb. Büdcədə aparılacaq dəyişiklik bu vəsaitin xərc maddələri arasında yenidən bölgüsünü nəzərdə tutur”.

Ən sərfəli kredit üçün müraciət et

Fikrət Yusifov qeyd edib ki,  bu bölgünün necə aparılacağına və hansı xərclərə daha çox üstünlük veriləcəyinə dair suallara yaxın günlərdə cavab tapa biləcəyik: 

“Hesab edirəm ki, vəsaitlərin böyük bir hissəsi ilk növbədə Qarabağın bərpası ilə bağlı xərcləri maliyyələşdirmək üçün yönəldiləcəkdir. Bəzi sosial xərclərin də artırılması istisna deyil”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et