“Bu tarixdən bazarda toyuq məhsullarının qiyməti ucuzlaşacaq” – Açıqlama | Banco.az

“Bu tarixdən bazarda toyuq məhsullarının qiyməti ucuzlaşacaq” – Açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Paytaxt marketlərində toyuq əti məhsullarının qiymətinin nisbətən yüksəlməsi ilə bağlı məlumatlar yayılıb.

Alıcılar bildiriblər ki, Novruz bayramından sonra, toyuq ətinin qiymətində bir-iki manat bahalaşma müşahidə edilir.

Qiymət artımı ilə bağlı iddialara cavab olaraq  Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Banco.az-a bildirib ki, bahalaşmaya heç bir səbəb yoxdur:

“Bildirim ki, nə yumurtanın, nə ətin qiymətində yüksəlməyə dair hər hansı vəziyyət yoxdur. Ola bilsin ki,  böyük şəbəkə marketlərdə qiymət keçən ilə nisbətən qalıb. Son vaxtlarda toyuq ətinə olan tələbatın artması ilə az miqdarda bahalaşma müşahidə edilmişdi. Amma mən düşünürəm ki, yaxın may ayında toyuq ətininin qiyməti aşağı düşəcəkdir. Yəni elə bir şey gözlənilmir. Hazırda isə diri toyuqların qiymətində cuzi bahalaşma var. Qeyd edim ki, bu da müvəqqətidir”.

Ən sərfəli kredit üçün müraciət et

Məsələ ilə bağlı iqdisatçı ekspert Xalid Kərimli isə deyib ki, dünyada toyuq ətinin qiymətində müşahidə edilən ucuzlaşma ölkəmizdəki qiymətlərə hələki təsir etməyib:

“Ümumiyyətlə, toyuq məhsullarının qiymətinin bahalaşması üçün əsas yoxdur. Taxılın da, toyuq yeminində qiyməti stabildir. Qiymət artımı isə konkret olaraq süni surətdə icra edilir. Hesab edirəm ki, 2024-cü ilin iyul ayında qüvvəyə minəcək yeni qanundan sonra bazarda süni qiymət artımı edənlər cərimə olunacaqlar”.

Ən sərfəli krediti almaq üçün müraciət et