Bu tanınmış şirkət adsız və loqosuz reklam afişaları yayımlayıb | Banco.az

Bu tanınmış şirkət adsız və loqosuz reklam afişaları yayımlayıb

Bir müddət əvvəl loqosundakı “M” hərfindən istifadə edərək restoranlarının yolunu belə göstərən Mcdonald`s bu yaxınlarda da “Hər yerdə məlum işarələri görürsünüzsə, güman ki, acmısınız” şüarı ilə yenə “M” loqosuna diqqət çəkmişdi. İndi isə qeyri-ənənəvi bir üsula əl atan şirkət adsız və loqosuz reklam kampaniyasına başlayıb.

“Leo Burnett London” reklam agentliyinin dizayneri David Schwen-in dizayn etdiyi afişalarda təkcə McDonald`s menyularından hissələr görə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Afişalarda istifadə olunan sözlər və rənglər McDonald`sı xatırladacaq tərzdə seçilmiş və McDonald`sın bu afişalarını görən insanların həm menyunun tərkibindən, həm də rəng seçimi və yazı tərzindən markanı tanımaqları hədəflənmişdir.

Həmçinin oxu: McDonald`s bu dəfə də Starbucks-ı hədəf aldı

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et