McDonald`s bu dəfə də Starbucks-ı hədəf aldı | Banco.az

McDonald`s bu dəfə də Starbucks-ı hədəf aldı

Fast-fud restoranları şəbəkəsi McDonald`s şirkətinin rəqibi olan Burger King-i hədəf alan reklam filmləri yayımlamasına aşinayıq. Son çəkilən reklam filmi ilə isə hər kəsi təəccübləndirən şirkət bu dəfə də qəhvə restoranları zənciri “Starbucks” – ı hədəf alıb.

Rəsmi Twitter hesabı vasitəsilə “6 TL fərqlə hipster saqqallı və eynəkli servis edə bilərdik... Siz istəmədiniz, biz də etmədik.” paylaşımı edən şirkət reklam filmində rol alan hipster saqqallı kassir obrazı ilə hər kəsə Starbucks baristalarını xatırlatdı.

Ən sərfəli kredit üçün müraciət et

Tanınmış qəhvə restoranları brendini “Starbucks” – ın isə bu reklam filminə necə reaksiya verəcəyi maraq doğurur.

Həmçinin oxu: Son illərdə ən çox diqqət çəkən 6 irqçi reklam

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et