Bu şirkət işçilərin daimi olaraq məsafədən çalışmasına icazə verdi | Banco.az

Bu şirkət işçilərin daimi olaraq məsafədən çalışmasına icazə verdi

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, pandemiya dövründə bir çox şirkət məsafədən iş rejiminə uyğunlaşmalı olmuşdu. Yeni norma və karantin dövrünün başa çatması ilə birlikdə bəzi şirkətlər ofis mühitinə geri qayıtsa da, xüsusən ABŞ-da koronavirusa yoluxanların sayında artım müşahidə olunması səbəbilə bir çox texnologiya şirkətləri məsafədən iş modelinə daimi olaraq keçməyə qərar verib.

Əvvəlki məqalələrimizin birində qeyd etdiyimiz kimi, texnologiya nəhəngi Microsoft işçilərinə yanvar ayınadək məsafədən işləməyə icazə vermişdi. İndi isə şirkət işçiləri üçün istər məsafədən, istərsə də ofisdən çalışmalarına imkan yaradacaq yeni iş modeli təqdim etməyə başlayıb.

Microsoft əksər işçiləri hazırda məsafədən işləsə də, ofislər yenidən açıldığı zaman işçilərə çeviklik yaratmaq üçün "qarışıq iş yeri modeli"-nə əsaslanan yeni sistemi həyata keçirəcək.

Bu yeni sistemə görə, Microsoft işçilərin həftəlik iş saatlarının 50%-ni məsafədən işləməyə icazə verəcək. Daimi olaraq məsafədən iş rejimini seçən işçilər isə ofisdəki yerlərini tərk etməli olacaqlar. Bununla belə, yenə də işçilər ofislərindəki ümumi yerlərdən istifadə edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Avropa bankları pandemiyadan sonra da məsafədən işləməyi dəstəkləyir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et