Müəllif - Aida İsaq, Banco.az
Ukraynada başlayan hərbi əməliyyatlar Rusiyanın zəngin təbəqəsi üçün 93 milyard dollar zərərə başa gəlib.
Banco.az xəbər verir ki, fevralda ən varlı rusların birgə 46,6 milyard dollar zərərə uğradığı məlum olub. Qərb ölkələrinin sanksiyalarından sonra bu məbləğ 47 milyard dollara yüksəlib.
Qeyd edək ki, “Bloomberg”in milyarderlər indeksinə əsasən, “Evraz” mədən-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviçin 9,3 milyard dollar, təbii qaz istehsalçısı “NOVATEK”in səhmdarı Gennadi Timçenkonun 8,48 milyard dollar, “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun isə 7 milyard dollar itirdiyi məlum olub.
Bizi sosial şəbəkələrdən izləyin!!