Bu ölkənin vətəndaşlarının "AliExpress"dən dron alması məhdudlaşdırılıb | Banco.az

Bu ölkənin vətəndaşlarının "AliExpress"dən dron alması məhdudlaşdırılıb

Müəllif - Aida İsaq, Banco.az

“Aliexpress” Rusiyadan olan müştərilərin “DJI” və “Autel” şirkətlərinin istehsalı olan dronları əldə etməsini məhdudlaşdırıb.

Banco.az xəbər verir ki, saytda müvafiq cihazlar axtarış bölməsində yer alsa da, onların əldə olunması üçün keçid linki əlçatan deyil. Eyni zamanda, daha öncə əldə olunan “DJI” dronları da hazırda funksionallıq baxımından bloklanıb. Şirkət Rusiyanın “AppStore”dan cihazların idarə edilməsi üçün mövcud olan proqramını ləğv edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram