Tamara Mustafayeva, Banco.az
Çin Mərkəzi Bankı kriptovalyutalar üzrə bütün əməliyyatların icrasını qadağan edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Çin Mərkəzi Bankının rəsmi internet saytında yayımlanan açıqlamada hər növ kriptovalyuta əməliyyatlarının icrasının qadağan edildiyi və kriptovalyutalarla qeyri-qanuni maliyyə fəaliyyətləri həyata keçirənlərin hüquqi məsuliyyətə cəlb olunacağı qeyd olunub.
Açıqlamada bitkoin də daxil olmaqla heç bir kriptovalyuta növünün rəsmi pul vahidi hesab edilmədiyi və tədavülə buraxılmamalı olduğu vurğulanıb. Bank həmçinin maliyyə qurumlarına kriptovalyuta xidməti həyata keçirməyəcəklərini də bildirilib.
Sözügedən açıqlamadan sonra bitkoin 4,5%, ethereum isə 6%-dən çox ucuzlaşıb.
Xatırladaq ki, Çin hökuməti bir müddət əvvəl də kriptovalyuta mayninqini qadağan edən qərar qəbul etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!