Bu ölkədə mənzil qiymətləri son 2 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Bu ölkədə mənzil qiymətləri son 2 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Sentyabr ayında Böyük Britaniyada mənzil qiymətləri illik müqayisədə 4,7% artıb.

Banco.az xəbər verir ki, bu barədə "Halifax" konsaltinq şirkətinin məlumatında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, bu, 2022-ci ilin noyabrından bəri rekord artımdır. Qiymət artımı artıq onuncu aydır ki, qeydə alınıb. Avqustda isə mənzil qiymətləri 4,3% artıb.

Qeyd edək ki, hazırda Böyük Britaniyada əmlakın orta qiyməti 293,399 min funt sterlinqdir (383,427 min dollar). Bu, 2022-ci ilin iyununda qeydə alınan tarixi maksimuma yaxındır.